Əhəd Abıyev Mingəçevirə başçı gedir - İDDİA
Məlum olduğu kimi, dünən prezident İlham Əliyev Gəncə şəhər icra hakimiyyətinin başçısı postunda dəyişiklik edərək Elmar Vəliyevin yerinə Mingəçevirin icra başçısı postunu tutmuş Niyazi Bayramovu təyin etdi. Dünən həmçinin uzun müddətdir boş qalan Ağdam və Gədəbəy rayonlarının da rəhbərləri müəyyənləşdi və aydın oldu ki, hazırda Mingəçevir ŞİH rəhbəri postu boş qalmaqdadır.
Bununla bağlı daxil olan informasiyada qeyd olunur ki, hazırda həmin vəzifəyə bir neçə iddialı olsa da, onların arasında ən şanslısı hazırda Daşkəsən rayonuna rəhbərlik edən, keçmiş deputat Əhəd Abıyevdir. Xatırladaq ki, Əhəd Abıyevin adı dəfələrlə yeni təyinatla bağlı hallansa da, təsdiqini tapmayıb.
Bunu qeyd edən mənbə iddia edir ki, bu dəfə Əhəd Abıyev bütün potensialını işə salıb. Mənbənin söylədikləri: "Məlumdur ki, Əhəd Abıyevi də himayə edən qüvvələr var və həmin dairələr Daşkəsənin icra başçısının Mingəçevirə transferinə nail olmağa çalışırlar". //Dia.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...