SON DƏQİQƏ
XalqXeber.Az » Sahil qəsəbəsində avtomobil aşıb: Ölən və yaralanan var

Sahil qəsəbəsində avtomobil aşıb: Ölən və yaralanan var

Tarix:

24-10-2022, 10:32

/ 393 dəfə oxundu.
Sahil qəsəbəsində avtomobil aşıb: Ölən və yaralanan var



Qaradağ rayonunda avtomobil aşıb.

APA xəbər verir ki, Sahil qəsəbəsi ərazisində 2000-ci il təvəllüdlü Orxan Həsənov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili dəmir çəpərə vuraraq aşırıb.

Nəticədə Orxan Həsənov və sərnişini, 1988-ci il təvəllüdlü Fəxrəddin İbrahimov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Sürücü həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ