SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Paşinyan: 32 hərbçi artıq Ermənistandadır

Paşinyan: 32 hərbçi artıq Ermənistandadır

Tarix:

13-12-2023, 17:10

/ 378 dəfə oxundu.
Paşinyan: 32 hərbçi artıq Ermənistandadır

 "32 erməni hərbçi Azərbaycan-Ermənistan sərhədini keçib və artıq Ermənistan Respublikasındadır".

Yenixeber.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Əvvəlcə onlar ilkin tibbi müayinədən keçəcəklər, bundan sonra doğmalarına qayıdacaqlar", - o əlavə edib.

Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Şərhlər

XƏBƏR LENTİ