SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Nikol, qaç, arxaya baxmadan qaç! - Saakaşvili Paşinyana müraciət etdi

Nikol, qaç, arxaya baxmadan qaç! - Saakaşvili Paşinyana müraciət etdi

Tarix:

6-12-2023, 13:41

/ 303 dəfə oxundu.
Nikol, qaç, arxaya baxmadan qaç! - Saakaşvili Paşinyana müraciət etdi

 
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.

Bu barədə Saakaşvili sosial şəbəkədə yazıb:

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma Kreml rəhbərliyində erməni konyakını sevənlər bununla bağlı özlərinə məhdudiyyət tətbiq etməyəcəklər və adi rusların fikirləri onların vecinə də olmayacaq.

Amma bu qadağa Paşinyan üçün bütün qırmızı işıqları yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo isə onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.

Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İqtisadi İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası ayağınızı Rusiyadan uzaq tutun, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın.(Modern.az)

 Əminəm ki, hələ də gec deyil. Və tərəddüd etməyi dayandırın. Gecikmə ölüm kimidir!”.

Şərhlər

XƏBƏR LENTİ