Rusiyadakı erməni oliqarxlara Kremldən çox sərt xəbərdarlıq
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də bu münasibətlər pisləşməkdə davam edir. Virtualaz.org xəbər verir ki, Paşinyanın hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə növbəti məlumat “İravnuk” (“Haqq”) qəzetində dərc edilib.
Qəzeti məlumatlandıran mənbənin bildirdiyinə görə Rusiya rəhbərliyi KTMT-nin Baş katibi Yuri Xaçaturovun İrəvana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb. Xəbər verildiyi kimi Xaçaturovun barəsində ev dustaqlığı qərarı verilib, amma Rusiyanın güclü təzyiqlərindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər.
Mənbənin bildirdiyinə görə Xaçaturova görə qəzəbdən əlavə Rusiyada işlərən erməni oliqarxlara ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.
Rusiyada yaşayan bir çox erməni biznesmenlər hələ bu xəbərdarlıqdan əvvəl Ermənistandakı proqramlarını dondurublar. “Bu günlərdə erməni biznesmenlər kifayət qədər narahat və hiddətlidir, dar çərçivədə deyirlər ki, hələ heç kim onlarla bu tonda danışmamışdı”-mənbə bildirib.
“168 jam” qəzeti isə Ermənistan hakimiyyətinin Rusiyanı hiddətləndirəcək daha bir addım atmağa hazırlaşdığını yazır. Qəzetin yazdığına görə hakimiyyət keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Birliyinin “hökumətinin”-Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sərkisyanın barəsində cinayət işi qaldırmaq üçün materiallar toplayır.
“Mənbələr deyir ki, Sərkisyana qarşı proses daha əvvəl başlamalı idi, amma Rusiyanın KTMT Baş katibi Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsinə qızğın reaksiyası buna mane oldu. Rusiya Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin KTMT-ni nüfuzdan salması kimi qiymətləndirib”-məlumatda deyilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır