SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Saakaşvili yenidən həbsxanaya qayıdacaq

Saakaşvili yenidən həbsxanaya qayıdacaq

Tarix:

14-11-2023, 21:03

/ 283 dəfə oxundu.
Saakaşvili yenidən həbsxanaya qayıdacaq

 Gürcüstanın keçmiş üçüncü prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb və həkimlərin müvafiq rəyindən sonra o, həbsxanaya köçürüləcək.

Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistlərlə söhbətində bildirib.

“Məhbus Saakaşvili ilə bağlı mən dəfələrlə demişəm ki, biz qanun qarşısında tamamilə ədalətliyik. Bunu həm Gürcüstan məhkəmələri, həm də Strasburq məhkəməsi təsdiqləyib. 

Aydın oldu ki, dövlət bu şəxsin sağlamlıq hüququna tam hörmət etmək üçün hər şeyi edir. 

Bildiyiniz kimi, onun vəziyyəti yaxşılaşıb, biz buna sevinirik və həkimlər müvafiq təminat verəndə o, islah müəssisəsinə köçürüləcək”, - gürcü nazir bildirib.

Şərhlər

XƏBƏR LENTİ