SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Saakaşvili zəhərlənməsindən DANIŞDI

Saakaşvili zəhərlənməsindən DANIŞDI

Tarix:

5-03-2023, 16:00

/ 512 dəfə oxundu.
Saakaşvili zəhərlənməsindən DANIŞDI

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı yeni açıqlama verib.

Xalqxeber.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili həbs müddətində çəkisinin 55 kiloqram azaldığını deyib.

Beyninin zədələndiyini söyləyən eks-prezident vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, səbəbin zəhərlənmə olduğunu və özünü çox pis hiss etdiyini əlavə edib.

"İndi tam yataq xəstəsiyəm, hərdən bayılıram", - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Şərhlər

XƏBƏR LENTİ