SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Onlar hamısı Ermənistana qaçıb - Xaçatryan

Onlar hamısı Ermənistana qaçıb - Xaçatryan

Tarix:

17-10-2023, 14:00

/ 471 dəfə oxundu.
Onlar hamısı Ermənistana qaçıb - Xaçatryan

 
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmədə prokurorların suallarını cavablandırıb.

Prokurorların sualına cavab olaraq Xaçatryan Xocalının Padar kəndində yaşadığını, sürücü işlədiyini bildirib.

O iddia edib ki, onun həmin dövrdə heç bir silahı olmayıb. Onun sözlərinə görə, Meşəli kəndində hadisələr baş verən zaman o, Padar kəndində, evində olub.

Prokurorun “Meşəli kəndində faciəli hadisələrin baş verməsini kimlərdənsə eşidibsiz?" sualına belə cavab verib: “Həmin vaxt silah səsləri eşitmişəm, amma kimsə bu barədə mənə heç bir söz deməyib”.

Onun sözlərinə görə, Sərkisyan Ernist hadisələr haqqında ona danışıb:

“Mənə məlum olan bu hadisəni törədən şəxslərin çoxu ölüb, qalanlar isə Ermənistana qaçıblar”.

O, Xankəndidə əsir saxlanılan Məmməd Kazımov və Zakir Novruzovu Meşəli kəndinin sakinləri kimi tanıdığını da deyib.

İşgəncə görən İbrahim Nurməmmədovun isə onun qardaşının kirvəsi olduğunu vurğulayıb.

Daha sonra zərərçəkmiş İbrahim Nurməmmədov Vaqif Xaçatryana suallar verib.

Bundan sonra Vaqif Xaçatryan vəkilinin suallarını cavablandırıb.

Başqa bir zərərçəkmiş Nemət Rəcəbov Xaçatryana “Məni tanıdın? Kamalın oğluyam, polis serjantı” deyə bildirib.

Vaqif Xaçatryan həmin zərərçəkmişi tanıdığını deyib. Digər zərərçəkmişlərin də bəzilərini tanıdığını, onların kənd sakinləri olduğunu bildirib.

Şərhlər

XƏBƏR LENTİ