SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

Tarix:

12-04-2023, 14:16

/ 373 dəfə oxundu.
Aİ missiyası atışma olan kəndə getməkdən imtina edib

 
Aİ missiyasının nümayəndələri aprelin əvvəlində Tex kəndində (Dığ) olublar.

Bu barədə Ermənistan parlamentinin deputatı Armen Xaçatryan bildirib.

"Mən bildiyimə görə, hələ aprelin əvvəlində ora gediblər və monitorinq aparıblar. Amma müşahidənin nəticələri barədə heç nə deyə bilmərəm", - Xaçatryan deyib.

Qeyd edək ki, erməni KİV-də yayılan məlumata görə, Ermənistan XİN-in səylərinə baxmayaraq, Avropa İttifaqının (Aİ) müşahidə missiyası Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməyib. Aİ missiyası hətta erməni hərbçilərin müşayiəti ilə belə kəndi ziyarət etməkdən imtina edib.


Şərhlər

XƏBƏR LENTİ