SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Yunanıstanda zeytun yağı oğurluğu geniş yayılıb

Yunanıstanda zeytun yağı oğurluğu geniş yayılıb

Tarix:

15-10-2023, 14:40

/ 461 dəfə oxundu.
Yunanıstanda zeytun yağı oğurluğu geniş yayılıb

 Yunanıstanda zeytun yağının qiymətləri məhsulun zəif olması səbəbindən keçən illə müqayisədə 200% artıb.

Ölkədə zeytun yağı artıq “maye qızıl” adlanır. Bildirilir ki, bu il onun istehsalı həcmi iki dəfə azalacaq.

Bu səbəbdən də oğurluq halları çoxalıb. Bu yaxınlarda böyük bir fabrikin anbarından 300 min avro dəyərində 37 ton məhsul oğurlanıb.
Qeyd olunur ki, Yunanıstanda maaşlar o qədər də yüksək deyil və inflyasiya sürətlə artır. Buna görə də sakinlər sadəcə öz ehtiyacları üçün ərzaq və yanacaq oğurlamağa başlayıblar.

Mənbə: octagon.media

Şərhlər

XƏBƏR LENTİ