SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Kreml Paşinyanın sammitdə iştirak etməməsinin səbəblərindən xəbərdardır”

“Kreml Paşinyanın sammitdə iştirak etməməsinin səbəblərindən xəbərdardır”

Tarix:

11-10-2023, 21:45

/ 391 dəfə oxundu.
“Kreml Paşinyanın sammitdə iştirak etməməsinin səbəblərindən xəbərdardır”

 “Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstanda keçiriləcək MDB sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır”.

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “RİA Novosti”yə  deyib.

“Biz səbəbləri bilirik, yəqin ki, bunu Paşinyanın özü də açıqlayacaq” - Uşakov bildirib.

Qeyd edək ki, oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Burada Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Prezidentləri iştirak edəcəklər. Paşinyan isə görüşdə iştirak etməyəcəyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ