SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Kreml Paşinyanın sülhməramlılarla bağlı sözlərinə cavab verdi

Kreml Paşinyanın sülhməramlılarla bağlı sözlərinə cavab verdi

Tarix:

29-12-2022, 16:20

/ 355 dəfə oxundu.
Kreml Paşinyanın sülhməramlılarla bağlı sözlərinə cavab verdi

 
"Biz Laçın dəhlizi ətrafında yaranmış gərginlikdən narahatıq. Rusiya tərəfi həm İrəvanla, həm də Bakı ilə təmasda öz işini və səylərini davam etdirəcək". 

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

O, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı rus sülhməramlılarına BMT mandatı vermək və ya beynəlxalq qüvvələri regiona cəlb etməklə bağlı sözlərinə cavabında bildirib ki, bunun üçün hər iki münaqişə tərəfinin razılığı lazımdır. 

Peskov əlavə edib ki, Rusiya Qarabağda vasitəçilik səylərini davam etdirir və üçtərəfli əsasda əldə olunmuş razılaşmaları yerinə yetirir. Kreml nümayəndəsinin sözlərinə görə, Putinlə Paşinyan arasında söhbət zamanı Laçın dəhlizi mövzusu çox ətraflı müzakirə olunub.

Şərhlər

XƏBƏR LENTİ