SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fransa Ermənistanda müdafiə missiyası açıb - Lekornu

Fransa Ermənistanda müdafiə missiyası açıb - Lekornu

Tarix:

1-10-2023, 17:00

/ 425 dəfə oxundu.
Fransa Ermənistanda müdafiə missiyası açıb - Lekornu

 
Axar.az xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu “Franceinfo” radiosuna müsahibəsində qeyd edib.

“Prezident baş verənləri şəxsən izləyir, çünki bu məsələ Fransa üçün son dərəcə vacibdir. O bildirib ki, bizim mütləq məqsədimiz Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasıdır”, - Lekornu deyib.

Nazir Fransanın Ermənistanda bugünədək mövcud olmayan müdafiə missiyası açdığını vurğulayıb:

“Biz orada bugünədək mövcud olmayan bir müdafiə missiyası açmışıq. Bu bizə Ermənistan ordusu, hakimiyyət orqanları ilə onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün hər gün əlaqə saxlamağa imkan verəcək. Hər halda biz Ermənistandan gələn müraciətləri nəzərdən keçiririk ki, onlar özlərini müdafiə edə bilsinlər”.

Şərhlər

XƏBƏR LENTİ