Ermənistan Müdafiə Nazirliyində istefalar başladı
Ermənistan parlamentinin Nikol Paşinyanı baş nazir seçməsindən sonra ölkənin Müdafiə Nazirliyində istefalar başlayıb.
Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan istefa verib.
Bu barədə A. Zakaryan özünün “Facebook” səhifəsində yazıb.
“Siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar vəzifəmdən istefa verdim.
Birincisi, mənim komandam müxalifətdə olacaq, ikincisi, düşünürəm ki, Müdafiə Nazirliyi rəhbərliyini yeni baş nazirin komandası formalaşdıracaq”, - o deyib.
Müdafiə nazirinin daha bir müavini Artak Davtyan baş nazirin vəzifələrini müvəqqəti icra edən Karen Arapetyan tərəfindən istefaya göndərilib. Müdafiə Nazirliyinin baş hərbi inspektoru Mixail Arutyunyan da vəzifəsindən gedib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO