SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib” - Manukyan

“Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib” - Manukyan

Tarix:

1-10-2023, 12:00

/ 272 dəfə oxundu.
“Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib” - Manukyan

“Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib. Lakin gələcək hakimiyyət təkcə Rusiya ilə deyil, İran, ABŞ, Fransa, Hindistan, Çinlə də danışmalı olacaq”.

Xalqxeber.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın ilk Baş naziri Vazgen Manukyan müxalifətin İrəvanda keçirilən mitinqində deyib.
O, Ermənistanın hazırkı hakimiyyətinin xarici siyasətini sərt tənqid edib:
Onun fikrincə, hakimiyyət Rusiya ilə Türkiyə arasındakı yaxınlaşmanı nəzərə alaraq öz maraqlarından çıxış etməli, o anda vəziyyətin təhlükəli olduğunu anlamalı və bu vəziyyətdən ya itkisiz, ya da az itki ilə çıxmalı idi:
“Lakin tam əksi oldu. Ermənistan Rusiyaya müharibə elan etdi. Lakin Rusiya kimi bu regionda gücü olan və vəziyyətə təsir edə bilən ölkələrlə danışmağı bacarmaq lazım idi”.

Şərhlər

XƏBƏR LENTİ