SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Qərb şirkətlərinin Rusiyaya qaytarılması ilə bağlı razılaşmalar var" - Rusiya prezidenti

"Qərb şirkətlərinin Rusiyaya qaytarılması ilə bağlı razılaşmalar var" - Rusiya prezidenti

Tarix:

27-10-2022, 23:23

/ 483 dəfə oxundu.
"Qərb şirkətlərinin Rusiyaya qaytarılması ilə bağlı razılaşmalar var" - Rusiya prezidenti

  Rusiya uzun illərdir ki, Ermənistan tərəfi ilə dialoq aparır və ona Dağlıq Qarabağla bağlı problemin həlli planını təklif edib. Azadmedia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

  Ermənistan, Putinə görə, faktiki olaraq Azərbaycanın yeddi rayonuna nəzarət edirdi.  Rusiya nümayəndələri mərhələli şəkildə münasibətlərin normallaşmasına doğru irəliləməyi və Azərbaycan tərəfi ilə razılığa gələrək,  beş rayon verməyi təklif edib.  
Putinə görə İrəvanın nəzarətində qalan iki nəhəng rayon Qarabağla əlaqələri üçün kifayət edərdi.  Rusiya Federasiyası Prezidentinin fikrincə, bu, ədalətli olardı və bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı.

 “Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi.  Bildiyiniz kimi, bu, bu gün yaranmış vəziyyətə gətirib çıxardı”, - Rusiya lideri qeyd edib.

 Putin vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi lazımdır, lakin bu şərtlər altında Rusiya Federasiyası heç nəyi məcbur edə və ya diktə edə bilməz.

 O, əmin edib ki, Rusiya Azərbaycanla sülh müqaviləsinin parametrləri üzrə erməni xalqının istənilən seçimini dəstəkləyəcək, lakin bu barədə Bakı ilə danışıqlar aparılmalıdır.
Today Yerevan-dan tərcümə etdi: Elnurə Abuşova

Şərhlər

XƏBƏR LENTİ