SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

Tarix:

29-09-2023, 13:00

/ 559 dəfə oxundu.
Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi açılacaq

 
Bu gün Bakıdakı Rus Evində Rusiya ali təhsil müəssisələrinin sərgisi açılacaq. Sərgidə abituriyentlər ali məktəblərin nümayəndələri ilə ünsiyyət qura və birbaşa aktual məlumat əldə edə biləcəklər.

Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Ziyarətçilər konkret universitetdə təhsil almaq imkanları, qəbul qaydaları, sənədlərin verilməsi vaxtı, universitetlərin ehtiyat imkanları barədə məlumat əldə edəcəklər.

Sərgi sentyabrın 30-da başa çatacaq.

Şərhlər

XƏBƏR LENTİ