SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Zelenski müdafiə nazirini istefaya göndərir

Zelenski müdafiə nazirini istefaya göndərir

Tarix:

11-08-2023, 15:07

/ 230 dəfə oxundu.
Zelenski müdafiə nazirini istefaya göndərir

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Aleksey Reznikovun istefaya getməsi ehtimalını yenidən nəzərdən keçirir. 

“Ukrainskaya pravda”  xəbər verir ki, yeni nazir vəzifəsinə iki namizəd nəzərdən keçirilir.

“Birincisi, Ukraynanın baş nazirinin müavini və yenidənqurma naziri Aleksandr Kubrakov, ikincisi, Ukraynanın strateji sənaye naziri Aleksandr Kamişindir”, - nəşr hökumətin məlumatlı mənbələrinə istinadən yazır.

O da qeyd olunur ki, Reznikov Böyük Britaniyaya səfir olmağın əleyhinə deyil. Belə bir perspektivin həqiqətən nəzərdən keçirilib-keçirilmədiyi nəşrə məlum deyil.

Şərhlər

XƏBƏR LENTİ