Zelenski müdafiə nazirini istefaya göndərir

“Ukrainskaya pravda” xəbər verir ki, yeni nazir vəzifəsinə iki namizəd nəzərdən keçirilir.
“Birincisi, Ukraynanın baş nazirinin müavini və yenidənqurma naziri Aleksandr Kubrakov, ikincisi, Ukraynanın strateji sənaye naziri Aleksandr Kamişindir”, - nəşr hökumətin məlumatlı mənbələrinə istinadən yazır.
O da qeyd olunur ki, Reznikov Böyük Britaniyaya səfir olmağın əleyhinə deyil. Belə bir perspektivin həqiqətən nəzərdən keçirilib-keçirilmədiyi nəşrə məlum deyil.