SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Daha bir ölkədə TikTok qadağan edildi

Daha bir ölkədə TikTok qadağan edildi

Tarix:

2-08-2023, 19:18

/ 293 dəfə oxundu.
Daha bir ölkədə TikTok qadağan edildi

 
Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.

B barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb. 

"TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.

Mənbə: BBC

Şərhlər

XƏBƏR LENTİ