Əri “TikTok”u qadağan etdiyi üçün zəhər içib özünü öldürdü
Hindistanda qadın əri “TikTok” proqramını qadağan etdiyi üçün intihara əl atıb.
Hadisə Tamu Nadu əyalətinin Perabalur şəhərində baş verib.
Belə ki, Şiva adlı kişi arvadının “TikTok”la həddindən artıq vaxt keçirdiyini görüb. Bu səbəbdən o, həyat yoldaşına sözügedən proqramdan istifadəni qadağan edib.
İki uşaq anası olan Anita isə buna etiraz olaraq zəhər içib. Qadın zəhər içdiyi anı videoya çəkərək “WhatsApp”la ərinə göndərib.Həmin vaxt Şiva Sinqapurda olduğu üçün durumla bağlı qohumlarına xəbər verib. Qadın qohumları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, “TikTok”la bağlı ilk ölüm hadisəsi deyil. Bundan əvvəl Mumbayda 15 yaşlı qız doğum günündə özünü asıb. Yeniyetmənin intiharına isə nənəsinin “TikTok”la çox vaxt keçirdiyinə görə, ona əsəbləşməsi səbəb olub. Bundan başqa, Dehlidə Salman Zakir adlı 19 yaşlı gənc “TikTok” videosu çəkərkən yanlışlıqla dostu tərəfindən vurulmuşdu.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır