SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Qrossi Zaporojye AES-də təhlükənin artdığını açıqladı

Qrossi Zaporojye AES-də təhlükənin artdığını açıqladı

Tarix:

7-05-2023, 12:20

/ 345 dəfə oxundu.
Qrossi Zaporojye AES-də təhlükənin artdığını açıqladı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ərazisində vəziyyət getdikcə gözlənilməz və “potensial təhlükəli” olur.

Bu haqda MAQATE-nin mətbuat xidməti məlumat yayıb.

“Mən zavodun üzləşdiyi nüvə təhlükəsizliyinə real təhlükələrdən çox narahatam”, - Qrossi bildirib.

 O, təhlükəli nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün “indi hərəkətə keçmək” lazım olduğunu qeyd edib.

Bəyanatda qeyd edilir ki, MAQATE ekspertləri Zaporojye vilayətində mütəmadi olaraq atəş səsləri eşitməkdə davam edirlər.

Şərhlər

XƏBƏR LENTİ