Ukraynada AES-də baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
Ukraynada Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.
Xalqxeber.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat verib.
Qeyd olunub ki, Enerqodar şəhərindəki yanğın saat 06.20-də (08.20 Bakı vaxtı) söndürülüb. Ölən və xəsarət alan yoxdur.
***
08:36
Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.
Xalqxeber.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə atom elektrik stansiyasının işçilərindən biri məlumat verib.
“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətində deyib.
Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.
“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - mer bildirib.
Qeyd edək ki, artıq yanğın lokallaşdırılıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var