Rusiyalı jurnalistlərə xarici işlər naziri Sergey Lavrovla BMT Təhlükəsizlik Şurasına birlikdə uçmaq üçün Amerika vizası verilməyib.
Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, nümayəndə heyətinin Nyu-Yorka yola düşdüyünü qeyd edib.
"Onların Nyu-Yorka uçuşuna 40 dəqiqə qalıb. Onların hamısı hava limanındadır. Viza verilmir. Amerika səfirliyindən cavab: “Biz bunun üzərində işləyirik”.
Söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır", deyə Zaxarova Telegram kanalında yazıb.