Əflatun Amaşov Milli Məclisdə Mariya Zaxarova ilə bağlı məsələ qaldırdı
“Son günlər Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bizim jurnalistlərimizi təhqir etməsidir. O, azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətləndi”.
Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.
O qeyd edib ki, Mariya Zaxarovanın bu cür davranışı diplomatik etiketlərə ziddir və qeyri-peşəkarlıqdır.
“Mən təklif edirəm ki, Milli Məclis də bu cür məsələlərə baxmalıdır”.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalisti təhqir etməsi sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib. Həm media nümayəndələri, həm də ekspertlər azərbaycanlı jurnalistləri “xam” adlandıran Zaxarovanın hərəkətinin onun təmsil etdiyi rəsmi posta uyğun olmadığını vurğulayıblar.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"