SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? -Video

Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? -Video

Tarix:

Dünən, 19:19

/ 68 dəfə oxundu.
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? -Video

Binəqədi rayonunda  qanunsuz tikintiyə hansı məmur himayə edir?

Binəqədi rayonu R. Quliyev küçəsində  qanunsuz tikinti faktı aşkarlanıb.

Yerli sakinlərin narahatlığına səbəb olan bu tikinti işlərinin hansı əsasla aparıldığı və kim tərəfindən himayə olunduğu hələlik məlum deyil.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini  Binəqədi icra hakimiyyətinin müavini olan Hacıbaba Babayevin  “razılığı“ əsasında aparıldığı iddia olunur.

Məsələ ilə bağlı rayon  Binəqədi  icra hakimiyyətində və   Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən  açıqlama almaq mümkün olmadı.

Məsələ ilə bağlı müvafiq qurumların  mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, 2018-ci ildən   Binəqədi  icra hakimiyyətinini başçısı Elxan Allahverdiyevdir(Xalq.online)


Şərhlər

XƏBƏR LENTİ