Zaxarova Qarabağ münaqişəsinin həllindən danışdı
“Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada güzəştin tapılmasına ehtiyac var. Güzəştin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasına baxmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Təmaslar müxtəlif formatlarda keçirilir. Rusiya bu formatın iştirakçısı kimi güzəştin tapılması üçün əlindən gələni edir. Əlbəttə istərdik ki, güzəşt tez tapılsın, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu güzəşt iki ölkənin xalqının gələcəyinə və əlbəttə ki, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir”, - deyə Rusiya XİN-in sözçüsü bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək