SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Müharibəni tez bitirmək üçün... - Zelenski

Müharibəni tez bitirmək üçün... - Zelenski

Tarix:

23-04-2023, 15:00

/ 472 dəfə oxundu.
Müharibəni tez bitirmək üçün... - Zelenski

 Məhdudiyyətlər nə qədər sərt olsa, təcavüzkar ölkə Ukraynada müharibəni bir o qədər tez bitirəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ötən gün Rusiyanın 322 şirkətinin sanksiyalar siyahısına əlavə edilməsini şərh edərkən deyib.

"Sanksiya paketlərimiz ətraflı şəkildə, xüsusən də tərəfdaşlarla sinxron hazırlanır. Bu, bizim əsas ümumi vəzifələrimizdən biridir. Məqsəd Rusiyanın sanksiyalardan yan keçməsi üçün imkanları aradan qaldırmaqdır. Sanksiyalardan yan keçməyə imkan verən hər bir rus sxemi bu müharibəyə vaxt əlavə edir, işğalçıya fürsətlər verir. Müvafiq olaraq, terrorçu dövlətə və onunla əlaqəli bütün şəxslərə, Rusiyanın müharibə iqtisadiyyatına nə qədər çox məhdudiyyət qoyularsa, təcavüz bir o qədər tez bitər", - o qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ