SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Rus əsgəri ukraynalı hərbçinin başını kəsib" - Zelenski

"Rus əsgəri ukraynalı hərbçinin başını kəsib" - Zelenski

Tarix:

12-04-2023, 17:41

/ 418 dəfə oxundu.
"Rus əsgəri ukraynalı hərbçinin başını kəsib" - Zelenski

 
Ukrayna prezidenti Vladimir Zelenski rus əsgərlərinin ukraynalı əsir əsgərin başını kəsməsi ilə bağlı iddialara münasibət bildirib.

O, bu barədə sosial media hesabından verdiyi video açıqlamada danışıb.  Belə ki, Zelenski, “Bütün dünya ukraynalı məhbusun öldürüldüyü görüntüyə baxmalıdır” deyə çağırış edib.  

“Bu, təsadüf deyil, epizod deyil. Daha əvvəl də olmuşdu. Buçada belə oldu. Hər bir lider buna reaksiya verməlidir. Zamanın keçməsini gözləmək lazım deyil. Biz heç nəyi unutmayacağıq, qatilləri bağışlamayacağıq. Hər şeyə görə hüquqi məsuliyyət olacaq. Terrorçu uduzmalıdır”.

Liderlərin belə bir təqibə reaksiya vermədiyi təqdirdə dünyanın başa düşməyəcəyini şərh edən Zelenski, “Biz indi hərəkətə keçməliyik. Ukraynada biz maksimum diqqəti cəbhəyə yönəltməli, bacardıqca kömək etməliyik, işğalçıları torpaqlarımızdan qovmalıyıq",- deyib. 

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iddia edilən edamla bağlı araşdırmalara başladığını açıqlayıb.

Şərhlər

XƏBƏR LENTİ