İstanbulun mərkəzində istifadə olunmayan 5 mərtəbəli bina uçub.
Xalqxeber.az “DHA” agentliyinə istinadən xəbər verir ki, Karaköydə yerləşən bina səhər saatlarında qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub.
Binanın uçma təhlükəsi olduğundan tikilinin yerləşdiyi küçə səhər saatlarından qismən bağlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, binanın bərpasına başlanılmasına dair qərar hələ 2015-ci ildə verilsə də, tikilinin sahibi işlərə başlamayıb.