SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fransada yaşayış binası ÇÖKDÜ

Fransada yaşayış binası ÇÖKDÜ

Tarix:

9-04-2023, 13:00

/ 418 dəfə oxundu.
Fransada yaşayış binası ÇÖKDÜ

Fransada Marselin mərkəzində yaşayış binası uçub. Binanın uçması nəticəsində azı 5 nəfər xəsarət alıb.

Bu barədə şəhərin meri Benua Payan BFM televiziyasına bildirib.

“Beş nəfər xəstəxanaya yerləşdirilib” – mer deyib. Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil. "Qurbanların olacağına hazırlaşmalıyıq" - deyib.

Bundan əlavə, qonşu binanın uçma riski var.

Hadisə yerli vaxtla 00:40-da baş verib. İlkin versiyaya görə, səbəb hələlik müəyyən edilməyən partlayış olub. Eyni zamanda, BFM-in məlumatına görə, hadisə şahidləri hadisə yerində kəskin qaz iyinin gəldiyini bildirirlər.

Şərhlər

XƏBƏR LENTİ