SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » “Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var..." - Türkiyəli nazirdən xahiş

“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var..." - Türkiyəli nazirdən xahiş

Tarix:

10-02-2023, 19:24

/ 272 dəfə oxundu.
“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var..." - Türkiyəli nazirdən xahiş

 
Türkiyənin daxili işlər naziri Süleyman Soylu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla əlaqə saxlayaraq ondan yardım istəyib.

Süleyman Soylu zəlzələ olan bölgə üçün çadıra ehtiyac olduğunu bildirib:

“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun”.

Qeyd edək ki, İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları qardaş ölkəyə yola salınıb.


Şərhlər

XƏBƏR LENTİ