SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » FHN-in növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür

FHN-in növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür

Tarix:

11-02-2023, 11:48

/ 364 dəfə oxundu.
FHN-in növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür

 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımlarının qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri görülür.

Yaxın saatlarda yük avtomobilləri və müşahidə nəqliyyat vasitəsi Türkiyənin zəlzələ bölgəsinə hərəkət edəcək.

Nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır, 240 soba və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 725 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, humanitar yardım üçün FHN-in maşın karvanı, tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı, çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar da göndərilib.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 20 665 nəfər həyatını itirib, 80 088 şəxs xəsarət alıb.

Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, beş nəfər azərbaycanlı var.

Şərhlər

XƏBƏR LENTİ