Soylu Azərbaycan xilasedicilərinə təşəkkür etdi
"Azərbaycanın xilasediciləri günün 24 saatı Kahramanmaraşda qardaşlığın ən böyük nümunəsini göstərir".
AzadMedia.az "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kordinasiya Mərkəzində xilasedicilərlə görüşü zamanı deyib.
O, Azərbaycanın xilasedicilərinə gördükləri işlərə görə təşəkkür edib:
"Burada Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin general-mayoru Etibar İsmayılovla birgə xilasedicilər haqqında bir qəhrəman kimi danışılır. Hamınıza təşəkkür edirəm. Bir çox insanı dağıntılar altından xilas etdiniz. Eyni zamanda həlak olan şəxslərin meyitlərini dağıntılar altından çıxartdınız. Allah razı olsun. Hər şeyi əvvəldən axıra qədər izlədik. Bizə güc-qüvvət, dostluq verdiniz".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək