SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Zelenski ABŞ-a rəsmi səfər edib - YENİLƏNİB

Zelenski ABŞ-a rəsmi səfər edib - YENİLƏNİB

Tarix:

21-12-2022, 11:02

/ 791 dəfə oxundu.
Zelenski ABŞ-a rəsmi səfər edib - YENİLƏNİB

 
Ukrayna prezidenti Volodimir Zelenski rəsmi səfərlə ABŞ-a uçub. 

Bunu Ukrayna dövlət başçısının ofisi təsdiq edib. 

Məlumatda qeyd olunur ki, Zelenski Artemivskdə Ukrayna hərbçilərinin mövqelərini ziyarət etdikdən sonra ABŞ-a səfər edib.

Həmçinin Zelenski də bununla bağlı "Twitter"də paylaşım edib.

O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir: "İkitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm". 

xxx

09:31

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona gedib. 

Bu barədə CNN məlumat dərc edib. 

Bu, Ukrayna liderinin Rusiya xüsusi əməliyyatı başlayandan bəri ilk xarici səfəridir. Məlumata görə, Ukrayna lideri ABŞ-dan olan həmkarı Cozef Baydenlə də görüşəcək. 

O, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatının birgə iclasında çıxış etmək niyyətindədir. Bununla belə, Aşağı Palatanın spikeri Nensi Pelosi prezidentin Kapitoliyə mümkün səfərini təsdiqləməyib və onun belə bir məlumatı olmadığını bildirib.

Zelenskinin gəlişini BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik də şərh edib. O qeyd edib ki, prezidentin təşkilatın Nyu-Yorkda yerləşən mənzil-qərargahına mümkün səfəri barədə məlumatı yoxdur.

Ağarza Elçinoğlu 

xxx

09:19

Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsində müharibə başlayandan bəri ilk xaricə səfərini bu gün ABŞ-a edəcəyi açıqlanıb.

ABŞ mətbuatında yer alan məlumata görə, Zelenski dekabrın 21-də (bu gün) ABŞ Konqresinin birgə iclasında iştirak etmək və Ağ Evdə ABŞ prezidenti Cozef Baydenlə görüşmək üçün Vaşinqtona gedəcəyi gözlənilir. 

Bəzi mənbələr səfərin təsdiqlənmədiyini və təhlükəsizlik şəraitindən asılı olacağını bildirib.

Şərhlər

XƏBƏR LENTİ