SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Zelenski Vaşinqtona ABŞ-ın hərbi təyyarəsi ilə gedir - YENİLƏNİB

Zelenski Vaşinqtona ABŞ-ın hərbi təyyarəsi ilə gedir - YENİLƏNİB

Tarix:

21-12-2022, 22:49

/ 364 dəfə oxundu.
Zelenski Vaşinqtona ABŞ-ın hərbi təyyarəsi ilə gedir - YENİLƏNİB

 
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ - a  səfər edib .

Adı açıqlanmayan ukraynalı rəsmi onun gəlişi ilə bağlı məlumatı təsdiqləyib.


Dövlət başçısının təyyarəsi  artıq “ABŞ-a enib”.

Məlumatı Associated Press agentliyi təsdiqləyib, Volodimir Zelenskinin olduğu təyyarənin Vaşinqton yaxınlığındakı aviabazaya eniş etdiyini yazıb  .

Ukrayna lideri Vaşinqtona ABŞ hərbi təyyarəsi ilə gəlib. ABŞ paytaxtında o, həmkarı Co Baydenlə görüşməyi planlaşdırır. Administrasiya ilə danışıqlardan sonra Zelenski Konqresdə çıxış edəcək və Bayden "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü də daxil ola biləcək yeni hərbi yardım paketini elan etmək niyyətindədir. Kreml hesab edir ki, Zelenski ilə Bayden arasında söhbət Ukrayna hakimiyyətinin Rusiya Federasiyası ilə danışıqlar məsələsində mövqeyinə təsir etməyəcək  . 

21:04

Ukrayna Prezidenti Volodimiz Zelenskinin Vaşinqtona getməsi üçün ABŞ hərbi təyyarə ayırıb.

Bu barədə CNN məlumat yayıb.

Kanal bildirdiyinə görə, hazırda Ukrayna prezidenti yoldadır. Onun Ağ Evə saat 14.00-da (Bakı vaxtı ilə 23.00) çatması gözlənilir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bildirib ki, ABŞ səfər müddətində Zelenskinin təhlükəsizliyini təmin etmək üçün rəsmi Kiyevlə sıx koordinasiyada işləyir.

Şərhlər

XƏBƏR LENTİ