SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya 38 hərbçinin meyitini Ukraynaya qaytardı

Rusiya 38 hərbçinin meyitini Ukraynaya qaytardı

Tarix:

8-11-2022, 15:40

/ 295 dəfə oxundu.
Rusiya 38 hərbçinin meyitini Ukraynaya qaytardı

Ukrayna daha 38 hərbçinin meyitini Rusiyadan geri qaytarıb.

Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi "Telegram"da məlumat yayıb.

“Ukrayna uğrunda canlarından keçmiş hərbçilərin meyitləri təhvil verilib. Bu gün 38 müdafiəçinin meyitini yaxınlarına qaytarmaq mümkün olub”, - məlumatda deyilir.

Əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun və Ukraynanın hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.

Şərhlər

XƏBƏR LENTİ