XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ermənistan Azərbaycan əsgərinin meyitini qaytardı

Ermənistan Azərbaycan əsgərinin meyitini qaytardı

Ermənistan Azərbaycan əsgərinin meyitini qaytardı
28-11-2017, 15:26

"Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən götürülüb".

Bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Xatırladaq ki, 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyit 23 noyabr 2017-ci il tarixdə Ermənistan – Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

***

Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.

Bu gün qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycana təhvil verilib.

Prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.