SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Zelenski, arxaya baxmadan Qərbə qaç" - Kadırov

"Zelenski, arxaya baxmadan Qərbə qaç" - Kadırov

Tarix:

10-10-2022, 16:00

/ 447 dəfə oxundu.
"Zelenski, arxaya baxmadan Qərbə qaç" - Kadırov

 
Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyevdə və Ukraynanın bir sıra digər şəhərlərində partlayışlardan sonra, Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edib.

Kadırov bu barədə "Telegram" kanalında yazıb.
 
O, Zelenskiyə arxaya baxmadan Qərbə qaçmağı tövsiyə edib: "Zelenski Kiyevə və digər şəhərlərə atılan raketlərdən şikayətlənir. Bəs sən, Zelenski, necə düşündün: sən bacarırsan, amma başqaları bacarmır? Yəni, səkkiz il ərzində mülki əhalini bombalamaq, LDXR şəhərlərinin infrastrukturunu dağıtmaq, AES-i mərmilərlə vurmaq, körpüləri partlatmaq, mühüm obyektləri atəşə tutmaq mümkün idi, ancaq başınıza gələndə birdən-birə kimsə üçün qeyri-mümkün oldu?"

Şərhlər

XƏBƏR LENTİ