SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiya Krım körpüsünə görə Ukraynadan intiqam alacaq

Rusiya Krım körpüsünə görə Ukraynadan intiqam alacaq

Tarix:

10-10-2022, 10:12

/ 332 dəfə oxundu.
Rusiya Krım körpüsünə görə Ukraynadan intiqam alacaq

 
Rusiya Ukraynanın Krım körpüsünə qarşı terror hücumuna yalnız terrorçuları birbaşa məhv etməklə cavab verməlidir.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Rusiyanın bu cinayətə cavabı yalnız terrorçuların birbaşa məhvi ola bilər. Necə ki, dünyada adətdir. Rusiya vətəndaşları da bunu gözləyir", - Medvedev deyib.

Onun sözlərinə görə, cinayətin sifarişçisi və icraçısı uğursuz Ukrayna dövlətidir: "Bu, cinayətkar Kiyev rejimi tərəfindən törədilən terror aktı və təxribatdır. Heç bir şübhə yoxdur və olmayıb. Bütün hesabatlar və nəticələr çıxarılıb".

Şərhlər

XƏBƏR LENTİ