XalqXəbər.Az

XalqXeber.Az » Dünya » "Rusiya Krım körpüsünün dağıdılmasına icazə verməyəcək"

"Rusiya Krım körpüsünün dağıdılmasına icazə verməyəcək"

"Rusiya Krım körpüsünün dağıdılmasına icazə verməyəcək"
15-08-2022, 13:57

 
Rusiya Krım körpüsünün dağıdılmasına heç vaxt icazə verməyəcək.


Xalqxeber.az TASS-a istinadən xəbər verir  ki, bunu Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib. 

Belə ki, senator Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenkonun Kiyevin iyunda NATO sammitində Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə Krım körpüsünün ləğvi planı ilə bağlı danışıqlar aparması barədə bəyanatını şərh edib.

Kosaçovun sözlərinə görə, Krım körpüsünə zərbə endirmək cəhdi olarsa, aydın olacaq ki, bu, Ukrayna ordusuna Qərb tərəfindən verilən silahların köməyi ilə edilir, çünki Ukraynanın hazırda imkan verən öz silahı yoxdur. 

Parlamentari əlavə edib ki, Krım körpüsü ləğv edilərsə, bu, həm Krım yarımadasında, həm də Cənub-Şərqin yaxın rayonlarında yüzlərlə, milyonlarla sadə vətəndaş üçün böyük problemlər yaradacaq.

“Bütün bunlar birbaşa olaraq, birincisi, təxribatçıları dayandırmayanların, ikincisi, belə bir təxribat törətmək cəhdlərindən əl çəkməyənlərin vicdanına düşəcək”, - Kosaçev vurğulayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.