SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Xəzər dənizində Rusiya gəmiləri toqquşdu - Ölən var+Yenilənib

Xəzər dənizində Rusiya gəmiləri toqquşdu - Ölən var+Yenilənib

Tarix:

7-10-2022, 20:05

/ 403 dəfə oxundu.
Xəzər dənizində Rusiya gəmiləri toqquşdu - Ölən var+Yenilənib

 
Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçikhəcmli gəmi toqquşub.

Xalqxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində xəsarət alanlar var.

“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda, Xəzər dənizində iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, - məlumatda deyilir.

***

Rəsmilər hadisə nəticəsində bir nəfərin öldüyünü bildirib.

Qeyd edilir ki, şturmanlardan biri olan 2000-ci il təvəllüdlü kişi təcili yardım gələnə qədər ölüb, ikinci gəminin şturmanı xəsarət almayıb.

Şərhlər

XƏBƏR LENTİ