Ağ Şəhər bulvarındakı gəmi dənizdən çıxarılır
Bakı Ağ Şəhər bulvarı ərazisində Xəzər dənizində uzun illər istifadəyə yararsız halda qalmış gəminin demontaj edilərək çıxarılması prosesi davam etdirilir.
Bu barədə Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, gəmi sovet dövründən Xəzər dənizində istifadəyə yararsız vəziyyətdə qalıb:
"Gəmi Xəzər Dəniz Gəmiçiliyinin balansına verilməyib. Gəminin demontaj edilməsi işləri bizim tərəfimizdən aparılmır".
Qeyd edək ki, sözügedən istifadəsiz gəmi uzun illərdir ki, Xəzər dənizinin Ağ Şəhər ərazisindəki hissəsində qalıb. Son vaxtlar isə gəminin hissələrə bölünərək dənizdən çıxarılması işlərinə başlanılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?