SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Tarix:

24-09-2022, 20:00

/ 461 dəfə oxundu.
Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

 
Tacikistanla sərhəddə son silahlı toqquşmalarda ölən Qırğızıstan vətəndaşlarının sayı 62 nəfərə çatıb.

Xalqxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl münaqişə nəticəsində 59 Qırğızıstan vətəndaşının öldüyü, 200-ə yaxın şəxsin isə yaralandığı açıqlanmışdı.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında silahlı toqquşmalar sentyabrın 14-də Tacikistanın Vorux anklavının Kex bölgəsində başlayıb, ümumi sərhədin ayrı-ayrı hissələrində sentyabrın 17-dək davam edib. Tacikistan tərəfinin məlumatına görə, münaqişə zamanı 40-dan çox ölkə sakini ölüb.

Şərhlər

XƏBƏR LENTİ