XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » ABŞ-da küçədə atışma - Ölən və yaralananlar var

ABŞ-da küçədə atışma - Ölən və yaralananlar var

ABŞ-da küçədə atışma - Ölən və yaralananlar var
27-11-2022, 11:00

 
ABŞ-ın Corciya ştatında Atlantada atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə “FOX-5 Atlanta” məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü axşam saatlarında 17-ci küçə körpüsünün yaxınlığında baş verib.

Polisin məlumatına görə, atışma iki qrup gənc arasında münaqişə zamanı başlayıb. Bir nəfərin hadisə yerində öldüyü bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.