SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » KTMT Ermənistana missiya göndərir

KTMT Ermənistana missiya göndərir

Tarix:

14-09-2022, 07:14

/ 417 dəfə oxundu.
KTMT Ermənistana missiya göndərir

 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana missiya göndərəcək.

Bu barədə KTMT-nin katibliyi məlumat yayıb.

“Baş katib Stanislav Zasın başçılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana göndərilməsi barədə razılıq əldə olunub” – məlumatda bildirilir. 

Qeyd olunur ki, mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyəti, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ