XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “İrəvana ünvanlanan təkliflər qüvvədə qalır” - Zas

“İrəvana ünvanlanan təkliflər qüvvədə qalır” - Zas

“İrəvana ünvanlanan təkliflər qüvvədə qalır” - Zas
19-12-2022, 19:17

 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bu gün təşkilatın Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu açıqlayıb.

Zasın sözlərinə görə, belə bir missiyanın göndərilməsi təklifi KTMT -nin sonuncu sammiti zamanı yayılan təkliflər siyahısına daxil edilib.

“Əgər Ermənistan altı bəndlik tədbirlər paketi ilə bağlı və ya ayrı-ayrı bəndlər üzrə, o cümlədən missiyanın işə salınması ilə bağlı qərar qəbul etməyi məqsədəuyğun hesab edərsə, bu, kifayət qədər operativ şəkildə təşkil oluna bilər”, - Zas bildirib.

O, qeyd edib ki, alyansın İrəvan təklifləri ilə bağlı planları qüvvədə qalır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.