SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Donbasa kömək etmək Rusiyanın borcudur" - Putin

"Donbasa kömək etmək Rusiyanın borcudur" - Putin

Tarix:

5-09-2022, 18:00

/ 441 dəfə oxundu.
"Donbasa kömək etmək Rusiyanın borcudur" - Putin

 
Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən ekoloji forumun iştirakçıları ilə görüşü zamanı Donbasa yardım göstərməyin Rusiyanın borcu olduğunu bildirib. 

Bu barədə “Rossiya 24” kanalı məlumat yayıb. 

"Bizim borcumuz bu insanlara kömək etməkdir, Rusiya bunu edir", - dövlət başçısı bildirib.

Putin respublikalarını ön sırada müdafiə edən Donbas xalqının cəsarətinə heyran olduğunu, onların peşəkar əsgərlərdən daha yaxşı döyüşdüyünü bildirib.

Onun sözlərinə görə, vəziyyətin sülh yolu ilə nizamlanmasına dair bütün cəhdlər Ukrayna rəhbərliyinin mövqeyinə görə uğursuzluqla nəticələnib.

"Donbasda baş verənlər 2014-cü ildə hakimiyyəti zorla ələ keçirən və həmvətənlərinə qarşı hərbi əməliyyatlara başlayan neonasist rejiminin fəaliyyətinin nəticəsidir". 

Bildirək ki, fevralın 24-də Vladimir Putin DXR və LXR rəhbərlərinin kömək istəyinə cavab olaraq Donbası qorumaq üçün xüsusi əməliyyat elan edib. Kiyev Moskva ilə diplomatik əlaqələri kəsib, bir sıra ölkələr Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Kiyevə hərbi və maliyyə yardımı göstərməyə başlayıb. 

Şərhlər

XƏBƏR LENTİ