Putin ELAN ETDİ: Bu ölkədən muzdlular gətirir
Rusiya prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyasına razılıq verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin bildirib ki, o Donbassda yaşayan insanlara kömək etmək üçün razılıq verənlərə hər formada yardım edəcəkdir.
"Könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən insanlar var onları yaxşı qarşılayıb və döyüş bölgəsinə köçməsinə kömək etmək lazımdır" deyə Rusiya lideri qeyd edib.
Putinin sözlərinə görə, “Qərb sponsorları” münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər – “onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər”.
Daha sonra çıxış edən Rusiya Müdafiə naziri Sergey Şoyqu da könüllülərin müraciət faktını təsdiq edərək qeyd edib ki, DXR və LXR-ə 16 mindən çox oxşar müraciət daxil olub. Onların əksəriyyəti Yaxın Şərq ölkələrindəndir.
Şoyqu Ukraynanın ələ keçirilən hərbi qənimətlərinin separatçı Donetsk və Luqansk respublikalarına verilməsini təklif edib. Putin həmin təklifə razılıq verib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var