SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Ermənistanda bələdiyyə binasına daxil olan silahlı şəxs saxlanılıb - YENİLƏNİB

Ermənistanda bələdiyyə binasına daxil olan silahlı şəxs saxlanılıb - YENİLƏNİB

Tarix:

20-08-2022, 10:40

/ 363 dəfə oxundu.
Ermənistanda bələdiyyə binasına daxil olan silahlı şəxs saxlanılıb - YENİLƏNİB

Ermənistan polisi Masis şəhər bələdiyyəsinin binasına girmiş silahlı şəxsi zərəsizləşdirib.

Bu barədə Masis şəhər bələdiyyəsinin müavini Norayr Akopyan məlumat verib.

Silahlı şəxsin saxlanması üçün əməliyyat 3 saatdan çox davam edib. Hadisə zamanı binada mühafizəçi və xadimə olub.

23:00

Bir müddət əvvəl naməlum şəxs Masis City Hall binasına qumbara atıb.

Qumbara təlim xarakterli olub və partlamayıb. 

Hazırda polis və MTN əməkdaşları hadisə yerində işləyir, vətəndaşların həmin əraziyə daxil olmasını qadağan edib.

İlkin məlumatlara görə, qumbara atan Edvard adlı 40 yaşlı kişidir, lakin onun hansı tələbləri irəli sürdüyü hələlik məlum deyil.

Şərhlər

XƏBƏR LENTİ